İşğaldan Azad Olunmuş Torpaqlarda Aqrar İslahat

Authors

  • LEYLA XASİYEVA SALEH Bakı Biznes Universitetinin II kurs magistrantı, Biznesin təşkili və idarə edilməsi ( Menecment üzrə)
  • Sadıqov Yunus Musa oğlu i.ü.f.d

Keywords:

işğaldan azad olunmuş ərazilər, aqrar islahatlar, kənd təsərrüfatı, torpaq münasibətləri, ərzaq təhlükəsizliyi, sosial-iqtisadi inkişaf, innovativ aqrar fəaliyyət, Qarabağ, Şərqi Zəngəzur, dayanıqlı inkişaf

Abstract

 Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində aqrar islahatların təşkili və həyata keçirilməsi, bölgənin sosial-iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən birini təşkil edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında uzunmüddətli işğal nəticəsində kənd təsərrüfatı infrastrukturu tamamilə sıradan çıxmış, torpaq resursları baxımsız vəziyyətə düşmüş və aqrar fəaliyyət dayanmışdı. Hazırda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasət bu ərazilərdə aqrar sahənin dirçəldilməsi, müasir kənd təsərrüfatı modelinin qurulması və dayanıqlı istehsal mühitinin yaradılması istiqamətində mühüm addımlar atır.İşğaldan azad olunmuş torpaqlarda torpaq islahatlarının həyata keçirilməsi bölgənin aqrar potensialının yenidən iqtisadi dövriyyəyə cəlb edilməsini sürətləndirir. Torpaq mülkiyyəti münasibətlərinin tənzimlənməsi, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə və innovativ istehsal metodlarının genişləndirilməsi kimi prioritetlər regionun kənd təsərrüfatında yeni inkişaf mərhələsinə keçidi təmin edir. Bununla yanaşı, kənd yerlərində məşğulluğun artırılması, əhalinin geri qayıdışının stimullaşdırılması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi kimi mühüm sosial məqsədlər də bu islahatların əsas hədəfləri sırasındadır.

Published

2025-03-17

How to Cite

LEYLA XASİYEVA SALEH, & Sadıqov Yunus Musa oğlu. (2025). İşğaldan Azad Olunmuş Torpaqlarda Aqrar İslahat. Academics and Science Reviews Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ASCRM/article/view/5513