Azərbaycan Respublikasında kritik informasiya infrastrukturlarının qorunması və təhdidlərə qarşı tədbirlər

Authors

  • Fatma Çandirova Hüseyn qızı Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası)
  • Gülnarə Babayeva Qüdrət qızı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası magistr tələbəsi

Keywords:

kritik informasiya infrastrukturu, kibertəhlükəsizlik, milli təhlükəsizlik, təhlükəsizlik tədbirləri, çevik müdafiə texnologiyaları, dövlət müdafiəsi, milli kibertəhlükəsizlik strategiyası

Abstract

Müasir dövrdə dövlətlərin təhlükəsizliyi təkcə fiziki sərhədlərin qorunması ilə məhdudlaşmır. Xüsusilə rəqəmsal mühitin inkişafı, internetin genişlənməsi və texnoloji yeniliklərin sürətli artımı ilə informasiya təhlükəsizliyi sahəsində yeni çağırışlar meydana çıxıb. Bu istiqamətdə ən mühüm məsələlərdən biri kritik informasiya infrastrukturunun (Kİİ) etibarlı şəkildə qorunmasıdır. Kritik informasiya infrastrukturları, əsasən, dövlət idarəçiliyi, müdafiə, səhiyyə, maliyyə bazarları, energetika, nəqliyyat, informasiya texnologiyaları, telekommunikasiya, su təchizatı və ekologiya kimi sahələri əhatə edir. Bu sistemlərdə texnoloji proseslərin sağlam şəkildə aparılması, informasiyanın məxfiliyinin və bütövlüyünün qorunması, kiberhücumlara qarşı dayanıqlıq ən prioritet məsələlərdən sayılır. Azərbaycan Respublikasında da bu istiqamətdə bir çox innovativ addımlar atılmış, milli səviyyədə kiber təhlükəsizlik strategiyaları formalaşdırılmış və bir sıra praktiki tədbirlər həyata keçirilmişdir.

Bu məqalədə Azərbaycanda kritik informasiya infrastrukturunun mövcud olduğu sahələr, onların qarşılaşa biləcəyi əsas təhdidlər və bu təhdidlərə qarşı görülən tədbirlərdən bəhs olunacaqdır. Məqalədə aşağıdakı suallara cavab axtarılır:

- Kritik informasiya infrastrukturları nədir?

- Azərbaycan Respublikasının kritik informasiya infrastrukturları hansı sahələri əhatə edir?

- Kritik informasiya infrastrukturlarına qarşı hansı təhdidlər mövcuddur?

- Azərbaycan Respublikasının kritik informasiya infrastrukturları necə qorunur?

Published

2025-03-17

How to Cite

Fatma Çandirova Hüseyn qızı, & Gülnarə Babayeva Qüdrət qızı. (2025). Azərbaycan Respublikasında kritik informasiya infrastrukturlarının qorunması və təhdidlərə qarşı tədbirlər. Academics and Science Reviews Materials, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/ASCRM/article/view/5527