Fransız dilində ingilis dili mənşəli sözlərin işlənməsi və onların leksik-semantik xüsusiyyətləri
Keywords:
fransız dili, ingilis mənşəli sözlər, alınma sözlər, leksik-semantik xüsusiyyətlər, dil əlaqələri, qloballaşma, dil siyasəti, neologizmlər, anglisizmlər, leksikologiyaAbstract
Müasir dövrdə dillərarası qarşılıqlı təsir qloballaşma, informasiya texnologiyalarının sürətli inkişafı və beynəlxalq ünsiyyətin genişlənməsi nəticəsində daha da intensiv xarakter almışdır. Xüsusilə ingilis dilinin beynəlxalq ünsiyyət vasitəsinə çevrilməsi onun digər dillərin leksik sisteminə təsirini əhəmiyyətli dərəcədə artırmışdır. Bu təsirdən ən çox pay alan dillərdən biri də zəngin tarixi və ədəbi ənənələrə malik olan fransız dilidir. Fransız dili uzun müddət beynəlxalq diplomatiya, elm və mədəniyyət dili kimi mövqeyini qoruyub saxlasa da, XX əsrin ikinci yarısından başlayaraq ingilis dilinin təsiri nəticəsində onun leksik tərkibində əhəmiyyətli dəyişikliklər baş vermişdir. İngilis dili mənşəli sözlərin fransız dilinə daxil olması müxtəlif ictimai, siyasi və mədəni amillərlə bağlıdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, iqtisadi münasibətlərin beynəlmiləlləşməsi, sosial şəbəkələrin geniş yayılması və beynəlxalq marketinq fəaliyyəti ingilis mənşəli sözlərin istifadəsini sürətləndirmişdir. Bu sözlər, əsasən, kompüter texnologiyaları, biznes, idman, moda, musiqi və reklam sahələrində daha intensiv şəkildə işlədilir. Fransız dilində ingilis dili mənşəli sözlərə münasibət birmənalı olmamışdır. Bir tərəfdən, bu sözlər dilin zənginləşməsinə və yeni anlayışların ifadəsinə xidmət edir, digər tərəfdən isə dilin milli xüsusiyyətlərinin qorunması baxımından müəyyən narahatlıqlar doğurur. Fransada dilin saflığının qorunması istiqamətində qəbul olunmuş qanunvericilik aktları və dövlət qurumlarının fəaliyyəti bu məsələnin aktuallığını bir daha təsdiq edir. Məqalənin məqsədi fransız dilində işlənən ingilis dili mənşəli sözlərin yaranma səbəblərini, onların leksik-semantik xüsusiyyətlərini, funksional imkanlarını və müasir fransız dilinin inkişafındakı rolunu müəyyənləşdirməkdən ibarətdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.