TUT AGACI YARPAQLARINDAN QİDA TEXNOLOGİYALARINDA İSTİFADƏNİN MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İSTİFADƏ PERSPEKTİVLƏRİ
Abstract
Müalicə əhəmiyyətli qeyri ənənəvi bitki xammalından funksional xassəli qida kompozisiyaları və xüsusi təyinatlı məhsullar alınması müasir texnologiyaların işlənməsində aktuallıq kəsb edən məsələlərdəndir . Bu səbəbdən də ölkəmizdə kifayət qədər yetişmə imkanına malik ag və qara tut agacı yarpaqlarının laboratoriya şəraitində tədqiq olunan təzə və toz şəkilli nümunələrinin qida əlavəsi kimi öyrənilməsi aktualdır .Bununla paralel olaraq respublikamızın xammal bazarında yeni çeşiddə məhsullar yaradılmasına geniş imkanlar açıla bilər.
Azərbaycan cografi mövqeyinə görə çox fəriqli iqlim şəraitinə malikdir. Bu müxtəlif ekoloji şərait çoxlu meyvə yetişdirməyə imkan verir. Xüsusilə burada yetişdirilən meyvələr arasında giləmeyvələr mühüm yer tutur.Ölkənin bir çox ərazilərində yetişən, zəruri qida komponentləri ilə yanaşı bioaktiv makro- və mikronutrientlərlə zəngin olan meyvələrdən biri də MORUS cinsinə mənsub olan ag və qara tutdur.Təbii ipək dünyada öz varlıgına görə məhz bu bitkiyə borcludur, çünki ag tut yarpaqları ipəkqurdu üçün qidadır.
Təbiətdə ag tut ta qədimdən Şərqi Çində böyüyür. Oradan Asiyanın digər ölkələrinə və qitələrinə yayılmışdır. İlk növbədə ipəkçilik üçün yem bazası , həm də qida xammalı kimi istifadə olunur. MDB ölkələrində ag tutun yayılma sahələri əsasən Orta Asiya və Zaqafqaziyadır, lakin onun yayılma arealı burada Brest-Çerniqov –Volqoqrad xəttinə qədər daha çox şimal bölgələrinə yayılmışdır. Orta Asiya və Qafqazda isə tut agacı həm də yabanı halda olur və çayların daşqın zonalarında meşələrdə rast gəlinirı.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.