FARS–AZƏRBAYCAN DİLLƏRİNDƏ XƏBƏR TƏRCÜMƏSİNDƏ LOKALLAŞDIRMA STRATEGİYALARI VƏ SÜNİ İNTELLEKT DƏSTƏKLİ REDAKTƏNİN KEYFİYYƏT MEYARLARI
Keywords:
media tərcüməsi, xəbər lokallaşdırılması, fars dili, Azərbaycan dili, transredaktə, süni intellekt, tərcümə keyfiyyətiAbstract
Məqalədə fars və Azərbaycan dilləri arasında xəbər mətnlərinin tərcüməsi və lokallaşdırılması tərcüməşünaslıq, media diskursu və süni intellektdən istifadə kontekstində araşdırılır. Məqsəd hədəf dilə uyğunlaşdırma zamanı xəbərin faktoloji nüvəsinin, mənbəlik münasibətlərinin, modal mənasının və terminoloji dəqiqliyinin qorunması üçün praktik meyarlar müəyyənləşdirməkdir. Tədqiqatın materialını əvvəlki elmi tədqiqat işi çərçivəsində hazırlanmış 12 modelləşdirilmiş xəbər situasiyası təşkil edir: səkkizi farscadan azərbaycancaya, dördü isə əks istiqamətədir. Nümunələrin semantik-praqmatik müqayisəsi sintaktik yığcamlaşdırma ilə faktın dəyişdirilməsi arasındakı sərhədi aydınlaşdırır. Süni intellekt vasitələri üçün faktoloji sabitlik, mənbə və modal status, terminoloji düzgünlük, funksional lokallaşdırma və yoxlanıla bilmə meyarlarına əsaslanan insan nəzarətli redaktə modeli təklif olunur. Material eksperimental sistem müqayisəsi deyil, metodik xarakterli keyfiyyət təhlilidir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.