DANIŞIQ NORMALARI VƏ NİTQ XSUSİYYƏTLƏRİ

Authors

  • İSGANDAROVA YEGANƏ XALƏDDİN QIZI ADPU, XDM, müəllim

Abstract

Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmış anlayışdır, yəni formaca və məzmunca düzgün qurulmuş nitqdir. Düzgün nitqə yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər normaları da nəzərdə saxlanılmalıdır. İlk növbədə cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.

Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Nitqin düzgünlüyü nitq-dil əlaqəsi əsasında anlaşılır.

Düzgünlük kommunikativ keyfiyyətdir. Nitqin düzgünlüyü onun qarşılıqlı anlaşılmasını, birliyini təmin edir. Düzgünlük nitqin struktur təşkilini müəyyən edir. Onun komponentlərinə təkrarlanma. yerləşdirilmə, birləşdirilmə və dəyişdirilmə daxildir.

Düzgünlük cəhətdən nitq iki formadadır: düzgün nitq və qeyri-düzgün nitq. Düzgün nitq gerçəklik haqqında məlumatın daha düzgün formasıdır. Düzgün olmayan nitq mətni anlamaq işini çətinləşdirə və ya strukturda ciddi pozulma yarada bilər, onun gerçəklik haqqında verdiyi məlumat dəqiq olmaz. Yanlışlıq qeyri-dəqiqlik törədir. Düzgün nitqin məzmunu qaydalı formalaşdığı və ifadə olunduğu üçün əlverişli sayılır, çünki hərəkidir.

Nitq mədəniyyəti qrammatik cəhətdən cümlələrin düzgün qurulması, sözlərin düzgün işlədilməsi, düzgün tələffüz edilməsi, fikrin aydın, dəqiq və məntiqi ardıcıllıqla ədəbi tələffüz normalarına uyqun ifadə etməyi bacarmaq deməkdir. N.Q.Çernışevskinin sözləri ilə desək, “ifadənin qeyri-dəqiqliyi və dolaşıqlığı, əlbəttə, fikrin dolaşıqlığına təsir göstərir. Dil şüurun ifadə formasıdır; dil düzgün deyildirsə, deməli, şüur da qüsurludur. Əgər dil (nitq) səliqəsiz və anlaşılmazdırsa, deməli, orada fikrin özü də qeyri-dəqiqdir».

Published

2023-10-22

How to Cite

İSGANDAROVA YEGANƏ XALƏDDİN QIZI. (2023). DANIŞIQ NORMALARI VƏ NİTQ XSUSİYYƏTLƏRİ. Reviews of Modern Science, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/RMS/article/view/2332

Issue

Section

Philological Sciences