Şagirdlərin tərbiyəsində valideynin və məktəbin rolu
Abstract
Uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu əvəzedilməzdir. Gənc nəslin tərbiyəsi ailənin başlıca funksiyalarından, valideynlərin isə ən mühüm vəzifələrindən biridi. Dediyimiz müxtəlif xarakterli yaxşı və pis uşaqların hər ikisinin atası, anası,nənəsi, babası var . Lakin valideynlərin öz - özlüyündə uşaqları tənbəl, işgüzar, çılğın, xeyirxah,ərköyün və s, böyüdür və beləliklə də pis və yaxşı uşaq məfhumu ilə qarşılaşırıq.Elə valideynlər var ki,uşağın tərbiyəsi ilə yaxşı məşğul olmur,uşağına daha çox vaxt ayıra bilmir və nəticədə övlad çətin tərbiyə olunan uşağa çevrilir. Valideyn uşağı döyür.Lakin bilmir ki,uşağı döyməklə tərbiyə etmək olmaz.Valideynin döyülməsi ilə böyüyən uşaqlar qorxaq olur və qorxudan yalan danışır və hətta daha pis yola düşürlər.
Belə ki, valideynin hər bir hərəkəti, davranışı uşaq üçün canlı nümunə rolunu oynayır və ona əsaslı təsir göstərir. Görkəmli pedaqoq A.S. Makarenko demişdir: “Siz uşağınızı yalnız onunla danışanda və ya onu öyrədəndə, yaxud ona əmr verəndə tərbiyələndirmirsiniz. Siz onu həyatınızın hər bir anında, hətta evdə olmadığınız zamanda da tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa adamlarla və başqaları haqqında necə danışırsınız, necə sevinir, necə kədərlənirsiniz, dostlar və düşmənlərlə necə rəftar edirsiniz və s. bütün bunların uşaq üçün böyük əhəmiyyəti vardır. Uşaq sizin həyatınızın ahəngindəki ən kiçik dəyişiklikləri görür, yaxud hiss edir, sizin fikrinizin bütün dönüşləri gözə görünməyən yollarla ona çatır, siz bunları görmürsünüz”.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.