MİLLİ VƏ BEYNƏLXALQ TƏHSİL STANDARTLARININ MÜƏLLİM HAZIRLIĞINA TƏSİRİ
Keywords:
müəllim hazırlığı, təhsil standartları, təhsil siyasəti, peşəkar kompetensiyalar, milli kurikulum, beynəlxalq təhsil standartları, müəllim peşəkarlığı, keyfiyyət təminatıAbstract
Dünyada təhsilin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının inkişafı dövlətlərin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu baxımdan müəllim hazırlığı sistemi müasir təhsil siyasətinin əsas tərkib hissəsi hesab olunur. Müəllim peşəsinin məzmunu və mahiyyəti yalnız pedaqoji bilik və bacarıqlarla məhdudlaşmır, eyni zamanda milli və beynəlxalq standartların müəyyən etdiyi peşəkar kompetensiyaların mənimsənilməsini də əhatə edir. Təhsil sahəsində aparılan islahatların uğurlu nəticə verməsi, ilk növbədə, müəllim hazırlığı sisteminin beynəlxalq tələblərə uyğun qurulmasından və milli dəyərlərin qorunmasından asılıdır. Müasir dövrdə təhsil standartları yalnız tədrisin məzmununu deyil, həm də müəllimlərin peşə hazırlığını, etik davranış normalarını, kommunikativ bacarıqlarını, rəqəmsal səriştələrini və inklüziv təhsil mühitində fəaliyyət imkanlarını müəyyənləşdirir. Milli təhsil standartları ölkənin sosial-mədəni xüsusiyyətlərini və dövlət siyasətini əks etdirdiyi halda, beynəlxalq standartlar qlobal təhsil məkanında vahid keyfiyyət göstəricilərinin formalaşdırılmasına xidmət edir. Məqalənin məqsədi milli və beynəlxalq təhsil standartlarının müəllim hazırlığı sisteminə təsirini təhlil etmək, bu standartların pedaqoji kadrların peşəkar inkişafında rolunu müəyyənləşdirmək və onların təhsil siyasətindəki əhəmiyyətini araşdırmaqdan ibarətdir.
Milli təhsil standartları dövlətin təhsil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən normativ-hüquqi sənədlər sistemidir. Bu standartlar müəllim hazırlığının məzmununun formalaşdırılmasında, peşə fəaliyyətinin qiymətləndirilməsində və tədrisin keyfiyyətinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasında təhsil sahəsində həyata keçirilən islahatların əsas məqsədlərindən biri kompetensiya əsaslı təhsil modelinin tətbiq edilməsidir. Bu baxımdan müəllim hazırlığı sistemində də ciddi yeniliklər həyata keçirilmişdir. Müəllimlərin yalnız fənn biliklərinə malik olmaları kifayət hesab edilmir, onların pedaqoji, metodik, kommunikativ və rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.