İstehsal sahibkarlığı mühitində insan resurslarının idarə edilməsinin istiqamətləri

Authors

  • Qarayev İltifat Pənah oğlu Bakı Biznes Universitetinin 1-ci kurs magistrantı, Biznesin təşkili və idarə edilməsi(menecment sahəsində)

Keywords:

İstehsal sahibkarlığı, insan resurslarının idarə edilməsi (İRİ), istehsal müəssisələri, işçi resurslarının səmərəliliyi, işçi planlaşdırılması, işə qəbul və seçmə, təlim və inkişaf, motivasiya və mükafatlandırma

Abstract

Azərbaycanın iqtisadi potensialından istifadə prosesi təbii əmək, kapital, intellektual və texnoloji resurslardan məqsədyönlü və mənəvi dəyərlər çərçivəsində istifadəyə əsaslanır. Bu imkanlar arasında əməyin üzvi komponenti və onun insan resurslarından istifadəsi ən vacib şərtlərdən biridir. İnsan resurslarından səmərəli istifadə etməklə əhalinin məşğulluğunun təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" nın (2006-2015-ci illər) əsas məqsədidir.İstehsal sahibkarlığı şəraitində insan resurslarının (İR) idarə edilməsi təşkilatın rəqabət üstünlüyünü təmin etmək və davamlı inkişafı təmin etmək üçün vacibdir. Bu məqalədə sənaye sektorunda insan resurslarının idarə edilməsinin əsas istiqamətləri və bu sahələrin səmərəliliyini necə artırmaq barədə danışacağıq. İstehsal şirkətləri üçün ixtisaslı və motivasiyalı işçiləri cəlb etmək, inkişaf etdirmək və saxlamaq vacibdir. Rəqabətli bazarda insan resurslarının effektiv idarə edilməsi Müəssisənin davamlı inkişafını və rəqabət üstünlüklərini təmin edir. Bu sahədə aparılan tədqiqatlar aktual praktik əhəmiyyətə malikdir. Bu məqalədə istehsal sahibkarlığı mühitində insan resurslarının idarə edilməsinin səmərəliliyinin artırılmasının əsas istiqamətlərini və metodlarını təhlil edəcəyik. Nəticədə, istehsal müəssisələri üçün rəqabət qabiliyyətini artırmağa və davamlılığı təmin etməyə kömək edən praktik tövsiyələr və strategiyalar təqdim olunur.

Published

2024-07-08

How to Cite

Qarayev İltifat Pənah oğlu. (2024). İstehsal sahibkarlığı mühitində insan resurslarının idarə edilməsinin istiqamətləri. Research Retrieval and Academic Letters, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/RRAL/article/view/3937