Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsinin aktual problemləri

Authors

  • Sərxan İmran oğlu Qasımov Bakı Biznes Universitetinin 1-ci kurs magistrantı

Keywords:

neft-qazçıxarma, islahatlar, əsrin müqaviləsi, müştərək müəssisələr, səmərəlilik, rentabellik, idarəetmə sistemi, hüquqi baza, investisiya mühiti

Abstract

Neft-qazçıxarma sənayesində 1990-cı illərdən etibarən həyata keçirilən islahatlar Azərbaycan neft sektorunda köklü dəyişikliklərə səbəb olmuşdur. Prezident Heydər Əliyevin rəhbərliyi altında hazırlanan neft strategiyası, xüsusən "Əsrin müqaviləsi" çərçivəsində həyata keçirilən layihələr, neftin hasilatında ciddi artım və ölkənin strateji əhəmiyyətinin yüksəlməsi ilə nəticələnmişdir. Bu islahatlar neft sektorunun rentabelliyini, xidmət səviyyəsini və kadr potensialını gücləndirmək məqsədi ilə həyata keçirilmişdir.

İqtisadi islahatların əsas məqsədi səmərəliliyin artırılması, infrastrukturun yenilənməsi, elmi-texniki nailiyyətlərin tətbiqi və sosial təminatın yaxşılaşdırılmasıdır. Bununla yanaşı, bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq neftqazçıxarma müəssisələrinin fəaliyyətində müəyyən dəyişikliklər aparılmış, müştərək müəssisələrin sayı artırılmış və konsessiya, lisenziya sistemlərinə keçid təşviq edilmişdir. Bu islahatlar sahədə iqtisadi-maliyyə manevrliliyi artırmaq, vergi prosesini təkmilləşdirmək və investisiya mühitini yaxşılaşdırmaq üçün vacib addımlar kimi qiymətləndirilir.

Azərbaycan neft sənayesinin inkişafında hüquqi bazanın yeniləşməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və sahənin bazar iqtisadiyyatına uyğun yenidən qurulması əsas istiqamətlərdir. Bu sahədə yerli və xarici investorların iştirakı ilə yeni iqtisadi-hüquqi münasibətlərin təmin edilməsi, vergi və kredit siyasətinin təkmilləşdirilməsi və rentabelliyi təmin edən digər tədbirlərin həyata keçirilməsi önəmlidir.

Published

2024-07-08

How to Cite

Sərxan İmran oğlu Qasımov. (2024). Neft-qaz sənayesində iqtisadi islahatların dərinləşməsi və təkmilləşməsinin aktual problemləri. Research Retrieval and Academic Letters, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/RRAL/article/view/3938