"Veto Konsaltinq" MMC-in timsalında əmlakın qiymətləndirilməsinin perspektivləri

Authors

  • Nərmin Malik qızı Məlikova Bakı Biznes Universitetinin 1-ci kurs magistrantı, Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsində)

Keywords:

əmlak, qiymətləndirmə, bazar analizi, alqı-satqı, ipoteka kreditləri

Abstract

Mövzunun aktuallığı: Əmlak qiymətləndirilməsi, daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması prosesidir və onun cari vəziyyəti bir neçə səbəbdən vacibdir: sığorta, kredit təminatı, ipoteka qanunları, hüquqi məsələlər,alqı-satqı və investisiya qərarları. Bu proseslər iqtisadi stabillik və bazar şəffaflığının təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynayır.

Tədqiqatın məqsədi: Elmi işin məqsədi  "Veto Konsaltinq" MMC-in timsalında əmlakın qiymətləndirilməsinin perspektivlərini öyrənməkdir.

İstifadə olunan tədqiqat metodları: Elmi tədqiqatlarda əmlakın qiymətləndirilməsi prosesində istifadə olunan tədqiqat metodları müxtəlif yanaşmalara və meyarlara əsaslanır. Müqayisəli metod, xərclər metodu, kapitalizasiya metodu və DCF metodları ən çox üstünlük veriləndir.

Tədqiqatın informativ strukturu: Məqalə  tədqiqatının əsas müddəaları Dövlət Statistika Komitəsinin rəsmi məlumatları, Əmlak Məsələləri Dövlət Komitəsinin hesabatları, Dünya Bankı, BMT və digər beynəlxalq təşkilatların hesabatları, Akademik tədqiqatlar və elmi məqalələrə əsaslanır.

Tədqiqatın elmi yeniliyi və praktiki məsələləri: Tədqiqat zamanı əmlak qiymətləndirilməsi mövzusunda tədqiqatın elmi yeniliyi yeni qiymətləndirmə metodologiyalarının tərəqqisi, süni intellekt və data analitikası tətbiqləri, ümumi bazar analizi və ekoloji amillərin qiymətə təsiri kimi nöqteyi-nəzərləri əhatə edir. Praktiki məsələlər isə əmlak bazarının təhlili və mənfəət fürsətlərinin müəyyənləşdirilməsi, normativ və hüquqi çərçivənin analizi, praktiki qiymətləndirmə metodlarının tətbiqi və professional tərəqqi üçün təlim proqramlarının hazırlanmasını əhatə edir. Bu tədqiqatlar nəzəri və praktiki məlumatların inkişaf etdirilməsinə, həmçinin əmlak bazarında daha düzgün və əlverişli qiymətləndirmələrin aparılmasına töhfə verəcəkdir.

Nəticələrin və tətbiq sahələrinin praktiki əhəmiyyəti: Tədqiqatın elmi dəyəri və praktiki əhəmiyyəti verilmiş əmlak qiymətləndirmə metodlarının inkişaf etdirilməsi və əmlak bazarının analizi ilə ədalətli bazar dəyərinin təyin edilməsini təmin edir. Bu, əmlak alqı-satqısı, ipoteka kreditləri, dövlət rüsumu, sığorta və şəhərsalma kimi sahələrdə əlverişli qərarların qəbuluna və şəffaflığa yardım edir.

Published

2024-07-08

How to Cite

Nərmin Malik qızı Məlikova. (2024). "Veto Konsaltinq" MMC-in timsalında əmlakın qiymətləndirilməsinin perspektivləri. Research Retrieval and Academic Letters, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/RRAL/article/view/3943