XƏSTƏXANALARDA TEXNİKİ RİSK FAKTORLARININ İQTİSADİ SƏMƏRƏLİLİYƏ TƏSİRİNİN ÇOXÖLÇÜLÜ REQRESSİYA ANALİZİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ

Authors

  • Humay Əliyeva Azərbaycan Texniki Universiteti Magistrant
  • Sənan Qaybalıyev Azərbaycan Texniki Universiteti magistrant
  • Nurlana Məhərrəmova Azərbaycan Texniki Universiteti magistrant

Keywords:

çoxölçülü reqressiya analizi, texniki risk faktoru, iqtisadi səmərəlilik, qiymətləndirmə

Abstract

Frensis Qalton tərəfindən 19-cu əsrin sonlarında çoxölçülü reqressiya modeli yaradılmışdır. Model daha çox tibb sahəsinə yönəlik istifadə edilməkdədir. Modelin istifadəsi xəstəxanalarda texniki riskin aradan qaldırılması üçün  xüsusi qərar qəbulu prossesində önəmli mövqe tutur. Modeldən istifadə xəstəxanlarda baş vermiş prosseslərin(tibbi avadanlıqların nasazlığı, enerji sistemləri, havalandırma sistemləri, gigiyena və s.) iqtisadi səmərəliliyinin qiymətləndirilməsinə kömək edir.     Müxtəlif ölkələrdə səhiyyə sistemində iqtisadi səmərəliliyin qiymətləndirilməsi, xəstəxanalarda baş vermiş texniki nasazlıqların aradan qaldırılması, həmçinin xəstəliklərin yayılması sürətinin təhlili, səhiyyə xərcləri və gəlirinin təhlil edilməsində çoxölçülü reqressiya analizindən istifadə edilir. 

Tədqiqatın məqsədi xəstəxanalarda texniki risk faktorlarının iqtisadi səmərəliliyə təsirini çoxölçülü reqressiya analizi əsasında qiymətləndirilməsinə yönəldilmişdir.

Çoxölçülü reqressiya analizinin aparılması xəstəxanalarda texniki nasazlıqların baş verməsi və ya baş vermə ehtimalını nəzərə alınaraq baş tutur. Texniki risk faktorlarına texniki avadanlıqların sıradan çıxması, nasazlıqların baş verməsi, enerji problemi, havalandırma və s. kimi problemlər aid edilir. Baş vermiş texniki nasazlıqlar iqtisadi səmərəliliyin aşağı düşməsinə səbəb olur.           İqtisadi səmərəliliyin yüksəldilməsi və səmərəliliyin aşağı düşməməsi üçün çoxölçülü reqressiya analizinin aparılması dünya səhiyyə sistemində məqsədəuyğun hesab edilmişdir.

Published

2025-05-19

How to Cite

Humay Əliyeva, Sənan Qaybalıyev, & Nurlana Məhərrəmova. (2025). XƏSTƏXANALARDA TEXNİKİ RİSK FAKTORLARININ İQTİSADİ SƏMƏRƏLİLİYƏ TƏSİRİNİN ÇOXÖLÇÜLÜ REQRESSİYA ANALİZİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ. Research Retrieval and Academic Letters, (9). Retrieved from https://ojs.publisher.agency/index.php/RRAL/article/view/6140