RƏQƏMSAL TEXNOLOGİYALARDAKI İNKİŞAFLARIN İNSAN PSİXOLOGİYASINA TƏSİRİ
Abstract
Ədəbiyyatda informasiya cəmiyyəti fenomeninin inkişafı informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə izah olunur. Kompüter və internet texnologiyalarının geniş şəkildə tətbiq olunduğu informasiya cəmiyyətində informasiya texnologiyaları dedikdə informasiyanın toplanması, işlənməsi və şəbəkələr vasitəsilə yayılmasına imkan verən kompüter və kommunikasiya texnologiyaları daxil olan bütün texnologiyalar nəzərdə tutulur.İnformasiya texnologiyaları məlumatın yaradılmasından istifadəsinə,istifadəsindən paylaşılmasına qədər istifadə olunan texnologiyaya aiddir. Rabitə texnologiyaları əvvəllər istifadə edilən metodlardan fərqli və daha sürətli məlumat ötürməyə imkan verir. Sənaye cəmiyyətində maşın və kapital vacib olduğu kimi, informasiya və informasiya texnologiyaları da informasiya cəmiyyətində mühüm yer tutur. Bu cəmiyyətdə informasiya-kommunikasiya texnologiyaları informasiyanın yaradılması, saxlanması və ötürülməsi vasitəsi kimi görülən rəqəmsal texnologiyalara aiddir. Bu texnologiyalardan bəziləri radio, televiziya, DVD, video, smartfon, peyk sistemləri, kompüterlər, portativ media pleyerlər (mp3, iPod) və bu texnologiyaların təqdim etdiyi alətlər və xidmətlər, məsələn, video-konfrans və e-poçtdur. Bütün bu texnologiyaların əsasını internet təşkil edir. Bundan əlavə, mobil texnologiyalar və açıq mənbə proqram təminatı son zamanlar yaranan informasiya-kommunikasiya texnologiyaları sırasındadır. Mobil texnologiyalardan bəziləri: qısa mesaj xidməti (SMS), multimedia mesajlaşma xidməti (MMS), Qlobal Mövqeləşdirmə Sistemləri (GPS), simsiz qoşulma (Wi-Fi), mobil cihazların yaxın mühitdəki cihazlarla əlaqə saxlamasına imkan verən Bluetooth xidmətləri, planşet kompüterlər, noutbuklar, kompüterlər və smartfonlar və s.(Yeşilorman və Koç, 2016:118; Çalış Duman, 2022: 323).
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.