SÜNİ İNTELLEKT ƏSASLI AVTONOM COĞRAFİ İNFORMASİYA SİSTEMLƏRİNİN FORMALAŞMASI, TƏTBİQ İMKANLARI VƏ İNKİŞAF PROBLEMLƏRİ
Keywords:
Coğrafi İnformasiya Sistemləri, CİS, süni intellekt, avtonom CİS, GeoAI, böyük dil modelləri, LLM-Geo, LLM-Cat, GIS Copilot, məkan analizi, kartoqrafiyaAbstract
Müasir dövrdə məkan məlumatlarının artan həcmi, şəhərsalma, nəqliyyat, ekologiya, kənd təsərrüfatı, fövqəladə halların idarə olunması və təbii resursların monitorinqi kimi sahələrdə daha çevik və dəqiq qərarların qəbul edilməsini zəruri edir. Bu prosesdə Coğrafi İnformasiya Sistemləri mühüm analitik texnologiya kimi çıxış edir. CİS yalnız xəritə hazırlamaq və məlumatları vizual formada təqdim etmək vasitəsi deyil, həm də məkan əlaqələrinin təhlili, obyektlərarası münasibətlərin müəyyənləşdirilməsi və mürəkkəb qərarların əsaslandırılması üçün istifadə olunan kompleks informasiya sistemidir. Son illərdə süni intellekt, xüsusilə generativ süni intellekt və böyük dil modellərinin inkişafı CİS sahəsində yeni mərhələnin başlanmasına səbəb olmuşdur. Bu mərhələ ənənəvi CİS-dən daha ağıllı, avtomatlaşdırılmış və müəyyən dərəcədə müstəqil fəaliyyət göstərə bilən avtonom CİS sistemlərinə keçidlə xarakterizə olunur. Məqalənin əsas məqsədi süni intellekt əsaslı avtonom CİS-in mahiyyətini, nəzəri əsaslarını, funksional imkanlarını, avtomatlaşdırma səviyyələrini, praktik tətbiq nümunələrini və inkişaf problemlərini təhlil etməkdir. Məqalədə CİS-in tarixi inkişafı, əsas komponentləri, məlumat modelləri və tətbiq sahələri izah edilir, daha sonra süni intellektlə inteqrasiya nəticəsində yaranan avtonom CİS anlayışı araşdırılır. Xüsusilə LLM-Geo, LLM-Cat və GIS Copilot kimi sistemlərin məkan analizi, kartoqrafiya və relyef təhlili sahəsindəki tətbiqləri nəzərdən keçirilir. Nəticə olaraq müəyyən edilir ki, avtonom CİS texnologiyaları məkan analizlərini daha sürətli, əlçatan və avtomatlaşdırılmış edə bilsə də, onların geniş tətbiqi məlumat keyfiyyəti, koordinat sistemləri, model etibarlılığı, nəticələrin yoxlanılması, insan nəzarəti və təhlükəsizlik məsələlərinin həllindən asılıdır.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.