KRİTİK İNFORMASİYA İNFRASTRUKTURUNUN VACİB OBYEKTLƏRİNİN İNFORMASİYA MÜHAFİZƏSİ SİSTEMİNİN TƏDQİQİ

Authors

  • Səməndərov Vaqif Elşad
  • Musayev Emin Vüqar
  • Şahbazlı Rəvan Namiq
  • Əsgərov Röyal Camaləddinoviç
  • Hüseynli Nihad Aqil oğlu
  • Bayram Qənimət oğlu İbrahimov

Keywords:

Kritik informasiya infrastrukturu, informasiya təhlükəsizliyi sistemi, risk, təhdid ehtimalı, effektiv fəaliyyətinin qiymətləndirilməsi

Abstract

Kritik informasiya infrastrukturlarının telekommunikasiya şəbəkələrində informasiya mühafizəsi sisteminin effektiflik göstəriciləri və alqoritmləri geniş təhlil edilmişdir. İşdə mühüm obyektin dəyərindən, həmçinin təhlükənin növündən, intensivliyindən və vurduğu zərərdən asılı olaraq informasiya mühafizəsi sistemi üçün zəruri tələblər səviyyəsi müəyyən edilmişdir. Problemin ümumi qoyuluşu verilmiş, informasiya mühafizəsi sisteminə dair tələblər öyrənilmiş və təhlil olunmuş, təhlükəyə qarşı sistemin reaksiyası ilə bağlı telekommunikasiya prosesləri araşdırılmışdır. Aparılmış tədqiqatlar əsasında yeni yanaşma təklif edilmiş, bu yanaşma vasitəsilə kritik informasiya infrastrukturlarının mühüm obyektləri üçün informasiya mühafizəsi sisteminin səmərəlilik göstəricilərinin hesablanma metodları qurulmuşdur. Hesablama metodları əsasında təhlükənin aşkarlanma ehtimalı, neytrallaşdırıcı qrupun vaxtında çatma ehtimalı, təhlükənin hücum müddəti, təhlükələrin təsiri nəticəsində mühüm obyektin dəyər itkiləri, informasiya mühafizəsi sisteminin xərcləri və sistemin təhlükəyə reaksiya müddəti kimi səmərəlilik göstəricilərinin qiymətləndirilməsi üçün mühüm analitik ifadələr əldə edilmişdir

Published

2026-05-10

How to Cite

Səməndərov Vaqif Elşad, Musayev Emin Vüqar, Şahbazlı Rəvan Namiq, Əsgərov Röyal Camaləddinoviç, Hüseynli Nihad Aqil oğlu, & Bayram Qənimət oğlu İbrahimov. (2026). KRİTİK İNFORMASİYA İNFRASTRUKTURUNUN VACİB OBYEKTLƏRİNİN İNFORMASİYA MÜHAFİZƏSİ SİSTEMİNİN TƏDQİQİ. Scientific Research and Experimental Development, (13). Retrieved from https://ojs.publisher.agency/index.php/SRED/article/view/8593