OBYEKT-MƏRKƏZLİ HADİSƏ JURNALLARI VƏ OCEL STANDARTININ PROCESS MINING ÜZRƏ TƏHLİL İMKANLARI
Keywords:
process mining, event log, OCEL, obyekt-mərkəzli analiz, XES, ERP, maliyyə prosesləriAbstract
Məqalədə obyekt-mərkəzli hadisə jurnallarının process mining sahəsində yaratdığı imkanlar təhlil olunur. Ənənəvi hadisə jurnalları çox vaxt hər hadisəni yalnız bir case anlayışı ilə əlaqələndirdiyi üçün real biznes proseslərində, xüsusilə sifariş, məhsul, qaimə, ödəniş və müştəri kimi bir neçə obyektin eyni prosesdə iştirak etdiyi hallarda məlumatın tam mənzərəsini göstərməkdə məhdud qalır. Bu məhdudiyyətlər konvergensiya və divergensiya problemlərinə səbəb olur. OCEL standartı isə hadisələrin birdən çox obyektlə əlaqələndirilməsinə imkan verdiyi üçün mürəkkəb proseslərin daha düzgün modelləşdirilməsinə şərait yaradır. Məqalədə OCEL-in konseptual quruluşu, hadisə və obyekt səviyyəsində məlumatların ayrılması, JSON/XML əsaslı saxlanma formaları, alət dəstəyi və maliyyə prosesləri üçün tətbiq imkanları sistemləşdirilmişdir
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.