Azərbaycan dili dərslərində nitq inkişafı və üslubiyyatla bağlı məsələlər

Authors

  • Səfərəliyeva Fəridə Akif qızı

Keywords:

üslubiyyat, nitq inkişafı, ana dili

Abstract

Üslubiyyatla bağlı orta məktəblərimizdə aparılan işlər şagirdlərin nitq inkişafı istiqamətində görülən işlərdən ən başlıcasıdır. Azərbaycan dili təliminin qarşısında duran başlıca vəzifələrdən biri də şagirdlərin nitq vərdişlərini inkişaf etdirmək, onların ədəbi dilə mükəmməl yiyələnməsinə nail olmaqdır. Üslubiyyat üzrə işlərin şagirdlərin nitq inkişafında mühüm roluna aid ilk tədqiqatı prof. H.Balıyev aparmış, Ə.Kəlbəliyev və başqaları da bu mövzudan bəhs etmişlər. Onlar üslubiyyat üzrə aparılan işlərin təcrid olunmuş şəkildə deyil, lüğət üzrə, ədəbi tələffüz vərdişləri, cümlə qurmaq və rabitəli nitq vərdişlərinin inkişafı üzrə aparılan işlərin məktəblərimizdə hələ də günün tələbləri səviyyəsində olmadığını nəzərə alaraq, üslubiyyat məşğələlərindən daha geniş şəkildə bəhs etməyi zəruri hesab etmişlər. Üslubiyyat məşgələlərinin məzmununa isə Azərbaycan dili leksik və qrammatik üslubi imkanlarının praktik şəkildə öyrədilməsini, nitqin dəqiqliyi, yığcamlığı və bədiiliyi üzrə işləri daxil etmişlər.

Published

2023-01-30

How to Cite

Səfərəliyeva Fəridə Akif qızı. (2023). Azərbaycan dili dərslərində nitq inkişafı və üslubiyyatla bağlı məsələlər. Research Retrieval and Academic Letters, (1). Retrieved from https://ojs.publisher.agency/index.php/RRAL/article/view/727