Koqnitivlik haqqında dünya dilçılrərinin fikirləri

Authors

  • Həsənova Şəhla Natiq qızı ADPU, XDM, müəllim, Bakı, Azərbaycan

Abstract

Koqnitiv elm cognitive science və ya koqnitoloqiya elmi biliklərin müstəqil sahəsi olub, insan tərəfindən infomasiyanın alınması, işlənilməsi, saxlanılması və istifadə edilməsi ilə bağlı proseslərin öyrənilməsi məsələsi ilə məşğul olur. Koqnitiv elm ümumi məqsədi insan şüurunun təbiətini və işləməsini öyrənmək olan ən müxtəlif bilik sahələrini - psixologiya, linqvistika, antropologiya, fəlsəfə, fiziologiya, süni intellekt nəzəriyyəsi – özündə birləşdirən kompleks elmdir.

Koqnitiv elmin əsas anlayışı koqnisiyadır. Bu anlayışa ən müxtəlif bloklar – persepsiya, yaddaş, diqqət, mülahizə, informasiya axtarışı, problemi düşünərək həll etmək qabiliyyəti, təxəyyül və s. – daxildir və bunlar koqnitiv perspektivdə qarşılıqlı asılılıqda olub bir-birini müəyyənləşdirirlər. Koqnitiv elmin yaranması Elektron Hesablama Maşınlarının icad edilməsi və ardınca yeni kompüter fənlərinin informasiya nəzəriyyəsi, süni intellektin modelləşdirilməsi intensiv inkişafı ilə şərtlənmişdir. İnsan şüurunun mental reprezentasiyaları ilə kompüter verilənlərinin strukturlarının, həmçinin koqnitiv sistem və hesablama maşınlarında həyata keçirilən hesablama əməliyyatlarının oxşarlığının qəbul edilməsi koqnitiv elmin əsas məqamlarından biridir.

İnsan intellekti ilə məntiq, fəlsəfə, fiziologiya, psixologiya məşğul olur. Fəlsəfənin hətta idrak nəzəriyyəsi ilə məşğul olan xüsusi bir bölməsi - qnoseologiya mövcuddur. Bu isə onu göstərir ki, koqnitivliyin kökləri antik dövrə gedib çıxır

Published

2023-09-04

How to Cite

Həsənova Şəhla Natiq qızı. (2023). Koqnitivlik haqqında dünya dilçılrərinin fikirləri. Theoretical Hypotheses and Empirical Results, (4). Retrieved from https://ojs.publisher.agency/index.php/THIR/article/view/2086