Qrammatikanın kommunikativ metodla tədrisinin bəzi xüsusiyyətləri
Keywords:
kommunikativ kompetensiya, linqvistik kompetensiya, situativlik prinsipi, fərdilik prinsipiAbstract
Qrammatikanın öyrənilməsi xarici dilin öyrənilməsinin əsas aspektlərindən biridir, çünki qrammatikanın olmaması ilə cümlələr arasında əlaqə tam heç vaxt həyata keçirilə bilməz. Şübhə yoxdur ki, dilin effektiv mahiyyəti üçün qrammatik qanunları anlamaq lazımdır. Təbii mühitdə, uşağın ana dilini dərk etməsi kimi, öyrənmə prosesi məhdudlaşdırılmır, tez və ya gec material dərk ediləcəkdir. Tədris kursu zamanı müəllim müddətdən, əlbəttə ki, tələbələrin motivasiyasından asılı olur.
Qrammatika hansı metodla tədris edilirsə edilsin dilin tədrisində həmişə aparıcı mövqedədir. Başqa sözlə, qrammatikanı bilmədən fikrimizi ifadə edə bilmərik. Fransız dilinin tədrisində o zaman yüksək nəticə əldə etmək olar ki, qrammatika effektiv və səmərəli metodla tədris edilsin. Hal-hazırda bu metod — kommunikativ metoddur. Nitqin qrammatik tərəfinin müvəffəqiyyətlə mənimsənilməsi tələbələrin öz ifadələrində qrammatik strukturları funksional olaraq adekvat qavramaq və istifadə etmək bacarığı ilə müəyyən edilir. Qrammatikanın tədrisində kommunikativ metoddan istifadə dərsliklərdən tapşırıqları zənginləşdirir, dərsi canlandırır və nəticədə şagirdlərin idrak fəaliyyətini aktivləşdirir.