AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA İLAN KULTUNUN MİFOLOJİ SƏCİYYƏSİ

Authors

  • Səftərova Qönçə Tahir qızı Sumqayıt şəhər Təfəkkür liseyinin direktoru, Azərbaycan, Sumqayıt

Keywords:

kult, mifologiya, nağıl, əsatir, rəvayət, folklor

Abstract

Müəllif məqalədə Azərbaycan və türk xalqlarının folklor yaradıcılığında kultların, o cümlədən ilan kultunun səciyyəvi əhəmiyyəndən söhbət açır. Dünya, türk və eləcə də Azərbaycan folklorunda müxtəlif kultlara rast gəlmək mümkündür. Kult – mürəkkəb ritual-mifoloji sistemdir. Təbiət kultları arasında türk mifoloji fikir tarixində mühüm yer tutan kultlardan biri də ilan kultudur. İlan kultu Azərbaycan folklorunda, xüsusilə, nağıl və əfsanələrdə özünə daha çox yer etmişdir. İlanın demonik qüvvələrə yaxınlığı, hətta özünün bu tipdə görünüşü, ona sabitlik mərhələsini keçməmiş varlıqları özündə təcəssüm etdirməsi ilə bağlıdır. İlan kultunun spesifikliyi xaosun və kosmosun ilkin başlanğıcı kimi bilinən sular dünyası ilə bağlılıqda da özünü göstərir. Qədim Azərbaycan inancında ilan torpağın altında yaşayan yer ilahəsinin simvolu hesab edilirdi. Məlum olduğu üzrə, ilan ildə bir dəfə yaz-yay aylarında qabığını dəyişir, yenilənir, gözəlləşir. Sanki bu aylarda ilanlar daha çox gözə dəyərək bu yenilənməni nümayiş etdirirlər, insan olan yerlərə üz tuturlar. Bu xüsusiyyətinə görə xalqımızın yaşlı nümayəndələri arasında ilanı məleykəyə bənzədənlər də var.Müəllif həmçinin qeyd edir ki, təbiət kultları universal xarakter daşıyır və bütün dünya xalqlarının inancında özünəməxsus yer tutur. Bu baxımdan ilan kultu da xalqımızın inancında özünə yer etmişdir. Belə ki, nağıl, əfsanə, əsatir və rəvayətlərimizdə ilana münasibət birmənalı olmamış, bəzən ilanın toxunulmazlığı, xeyirxahlığı haqqında, bəzən isə əksinə şər qüvvələrin təmsilçisi  kimi fəsadlar törətməsinə bir-birindən fərqli nümunələr yaradılmış (“İlanın ağına da lənət, qarasına da” və s.) və yaddaşlarda iz qoymuşdur. Müəllif əfsanə, əsatir, rəvayət və nağıllardan gətirdiyi konkret nümunələrlə ilan kultunun xalqımızın inancında tutduğu mövqeyi əsaslandırmağa çalışır.

Published

2024-04-01

How to Cite

Səftərova Qönçə Tahir qızı. (2024). AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA İLAN KULTUNUN MİFOLOJİ SƏCİYYƏSİ. Theoretical Hypotheses and Empirical Results, (6). Retrieved from https://ojs.publisher.agency/index.php/THIR/article/view/3249