Fransız dilində məchul növün ( la voix passive) xüsusiyyətləri
Keywords:
məlum növ, məchul növ, icraçı tamamlıq, keçmiş zaman feili sifət, sözönüAbstract
Məchul növ ilkin olaraq semantik-sintaktik mövqedən müəyyən edilir. Belə ki, məntiqi və qrammatik kateqoriyalar bir-biriləriylə təzadlıq təşkil edir. Yəni məchul növ məlum növün ixtisar olunan forması kimi təzahür edir. Məchul növ müxtəlif şəkildə adlandırılır. İlkin olaraq M.Kaşğari bu növü məchul adlandırmış, daha sonra dilçilikdə bu addan geniş şəkildə istifadə olunmuşdur. Azərbaycan dilçiliyində də ərəb mənşəli olan “məchul” terminindən istifadə olunur. Bununla paralel olaraq “passiv” terminindən də istifadə edilməsi müşahidə olunur. Belə ki, M.Hüseynzadə və A.Şərifov feili növlər üzrə təsnif edərkən məchul sözünün qarşısında “passiv” sözünü yazırlar. Həqiqətən də feilin növ kateqoriyası hər zaman təsirlik və təsirsizlik kateqoriyasına görə sabit qalmışdır. Məhz elə bunun nəticəsidir ki, feilin növ kateqoriyasının müəyyənləşdiriliməsində təsirlik və təsirsizlik kateqoriyasını əsas meyar kimi götürmək olmaz. Hər şeydən əvvəl, şəxssiz mənanın varlığı cümlənin xüsusi sintaktik strukturundan asılıdır və özünün ifadə etdiyi məna ilə digər növlərdən fərqlənməkdədir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.