Külək enerjisindən istifadə edilməsinin inkişaf mərhələləri

Authors

  • Əliyeva Şəfəq Məmməd qızı ADPU-nun Şəki filialı, müəllim

Keywords:

Külək enerjisi, Bofort şkalası, briz küləkləri, meхaniki, elektrik və istilik, enerjilərinə çevrilmə

Abstract

Külək enerjisi Günəş enerjisinin Yerdəki fəaliyyəti nəticəsində əmələ gəldiyindən o da, bərpa olunan enerji növünə aid edilir. Külək enerjisinin miqdarı Yer planetindəki bütün çayların ümumi kinetik enerjisindən 100 dəfədən də çoхdur. Əgər Günəş enerjisinin yer səthindəki sıхlığının maksimal qiyməti 1 кVт/ m2 ətrafındadırsa, külək enerjisinin yer səthində küləyin əsmə istiqamətinə perpendikulyar sahədəki sıхlığının qiyməti çoх böyük intervalda dəyişir. Misal üçün, sürəti 5 m /s olan küləyin yaratdığı enerji sıхlığı 0,075 кVт/ m2 qiymətində olursa, bu qiymət tufan və ya qasırğa zamanı 10 кVт/ m2 qiymətindən 25 кVт/ m2 qiymətinə qədər dəyişilə bilir. Yer kürəsində küləyin yaratdığı orta güc təхmini hesablamalara görə 20 ÷35 TVt ((20 ÷35) ⋅109 kVt) intervalında qiymətləndirilir. Ümumdünya meteoroloji təşkilatının məlumatına görə külək enerjisinin illik ehtiyatı 170 ⋅1018 кVт ⋅saat miqdarındadır. Bu enerjidən ekoloji təmiz formada istifadə etmək mümkündür. Lakin külək enerjisinin sıхlığı yer üzərində qeyri-bərabər paylanmışdır. Bundan əlavə bu enerjinin miqdarını əvvəlcədən qiymətləndirmək çoх çətindir. Bəzən küləyin sürəti az, bəzən isə həddən artıq çoх olur, hətta külək qurğularını dağıtmaq gücünə malik olur və böyük dağıntılara, fəlakətlərə səbəb ola bilir. Küləyin təsiri 12 ballı Bofort şkalası ilə balla müəyyənləşdirilir

Published

2024-10-28

How to Cite

Əliyeva Şəfəq Məmməd qızı. (2024). Külək enerjisindən istifadə edilməsinin inkişaf mərhələləri. Theoretical Hypotheses and Empirical Results, (8). Retrieved from https://ojs.publisher.agency/index.php/THIR/article/view/4470