MÜSTƏQIL AZƏRBAYCAN RESPUBLIKASINDA TƏHSILIN INKIŞAFINDA HEYDƏR ƏLIYEV SIYASƏTI
Keywords:
təhsil, inkişaf məktəblər, cəmiyyət, Heydər Əliyev siyasətiAbstract
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi təhsil sahəsində də önəmli dəyişikliklər baş verdi. Təhsil sahəsində islahatların aparılması, yeni Təhsil konsepsiyasının hazırlanması, təhsildə vahid mərkəzdən idarə olunma, təhsil müəssisələrinin struktur və statusunda dəyişikliklərin aparılması və s. tədbirlər ulu öndər Heydər Əliyevin adı və onun təhsil siyasəti ilə bağlıdır. 1992-ci Təhsil Qanununun qəbul olunması, ali və orta ixtisas məktəblərində qəbulun test usulu ilə aparılması, qeyri-obyektivliyə və mənfi hallara qarşı mübarizənin aparılması təhsil və maarifin təkmilləşməsində mühüm yeniliklərin bünövrəsini qoydu.Təhsil sistemi getdikcə təkmilləşdi, dövlət səviyyəsində təhsil sahəsində qəbul olunmuş qərar və sərəncamlar gənclərdə yüksək bilik potensialını aşkara çıxartmağa, yeni standartların və yeni təlim metodların tətbiqinə stimul yaradırdı. Ulu öndərin təhsil sahəsində də uzaqgörən siyasəti onun qəbul etdiyi qərar və fərmanlarda, yeni Təhsil haqqında Proqramının qəbulu və tətbiqi, təhsil islahatların kecirilməsində, tövsiyə və göstərişlərində özünü göstərirdi
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.