Müəllimin peşə ustalığı və nüfuzu

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Şəki filialı, Fransız dili müəllimi Orcid 0000-0001- 9887-4619

Abstract

Müəllim bir çıraqdır" ifadəsi müəllimin işıq saçan, yol göstərən, bilik və dəyərləri nəsildən-nəslə ötürən bir mənbə olduğunu bildirən metaforik bir fikirdir. Müəllim şagirdin həyatına işıq gətirir, cəhalətdən xilas edir və onların gələcəyinə "çıraq" tutur. Bu işıq müəllimdən şagirdə, şagirddən  isə  yeni  nəsillərə  keçərək  davam  edir. Müəllim  tək  bir  fərd  deyil, bir  çox  şagirdin həyatına təsir edən və onların "çağdaş" olmasında mühüm rol oynayan bir insandır.Bu işığın heç vaxt sönməyəcəyinə dair ümid yaradır. Müəllimindən şagirdə, şagirddən də öz yetirmələrinə ötürülən bu işıq daim davam edir.   Ona  görə  də   müəllim  fənninə  aid    dərin  bilik  sahibi  olmalıdır.Bunsuz  ən  mütərəqqi   metodika  belə onun  işində  irəlıləyişə  səbəb  ola  bilməz. Müəllim öyrədici olmalıdır – bu vəzifə müəllim fəaliyyətinin əsasını təşkil edir. Belə ki, müəllim öyrətməklə bərabər, öyrədə-öyrədə  özü  də  öyrənir. Şagirdlər müəllimin biliyinə və öyrətmə tərzinə xüsusi diqqətlə yanaşdığı üçün, müəllimdə hər hansısa bir qüsur tapdıqları zaman bu səhvə qarşı reaksiya verirlər. Ona görə də pedaqoji fəaliyyətə başlayan hər bir gənc müəllim buna diqqət yetirməlidirlər. Müəllim özünün tədris etdiyi fənni yaxşı bilməlidir, əks halda dərs zamanı istifadə edilən hər hansısa metod və üsul onun üçün yararlı və əlverişli şərait yaratmayacaqdır. Müəllim  peşə  ustalığı zamanı  müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə  davranışında   nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.

Published

2025-12-22

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2025). Müəllimin peşə ustalığı və nüfuzu. Theoretical Hypotheses and Empirical Results, (12). Retrieved from https://ojs.publisher.agency/index.php/THIR/article/view/7511