Fransız dilində qrammatik konversiya: morfoloji, leksik - semantik, və sintaktik xüsusiyyətlər

Authors

  • Rəfiyeva Xuraman Əli qızı Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Orcid 0000-0001- 9887-4619

Keywords:

fransız dili, konversiya, qrammatik konversiya, conversion, dérivation impropre, söz yaradıcılığı, recatégorisation, substantivləşmə, leksikologiya, morfologiya, sintaksis, semantika

Abstract

Məqalədə müasir fransız dilində geniş yayılmış söz yaradıcılığı və qrammatik transformasiya proseslərindən biri olan konversiyanın mahiyyəti, funksional xüsusiyyətləri və dil sistemindəki rolu araşdırılır. Konversiya sözün formal quruluşunda, yəni onun fonetik və morfoloji tərkibində nəzərəçarpacaq dəyişiklik baş vermədən bir nitq hissəsindən digərinə keçməsi ilə səciyyələnən prosesdir. Fransız dilçilik ədəbiyyatında bu hadisə conversion, dérivation impropre, dérivation implicite, dérivation zéro və bəzi hallarda recatégorisation terminləri ilə ifadə olunur. Konversiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni funksional və leksik vahid yaranarkən sözün zahiri forması dəyişməsə də, onun qrammatik statusu, sintaktik funksiyası və müəyyən hallarda leksik-semantik məzmunu dəyişir.
Tədqiqatda fransız dilində feil → isim, sifət → isim, isim → sifət, sifət → zərf, xüsusi ad → ümumi ad və digər konversiya modelləri təhlil edilir. Xüsusilə substantivləşmə prosesinin məhsuldarlığı, sifətlərin substantivləşməsi, feillərin isimləşməsi və konversiyanın müasir fransız dilinin leksik zənginləşməsində rolu müəyyənləşdirilir. Həmçinin konversiyanın affiksal derivasiya ilə oxşar və fərqli cəhətləri, onun morfologiya və sintaksisin qarşılıqlı əlaqəsindəki mövqeyi araşdırılır.
Məqalədə konversiyanın yalnız söz yaradıcılığı mexanizmi deyil, həm də dilin funksional imkanlarını genişləndirən çevik qrammatik-semantik mexanizm olduğu əsaslandırılır. Araşdırmanın nəticələri göstərir ki, fransız dilində konversiya həm ənənəvi leksik sistemdə, həm də müasir danışıq dili, media, texnologiya və sosial kommunikasiya mühitində məhsuldar proses kimi öz aktuallığını qoruyur.

Published

2026-11-01

How to Cite

Rəfiyeva Xuraman Əli qızı. (2026). Fransız dilində qrammatik konversiya: morfoloji, leksik - semantik, və sintaktik xüsusiyyətlər. Theoretical Hypotheses and Empirical Results, (15). Retrieved from https://ojs.publisher.agency/index.php/THIR/article/view/9496