Fransız dilində vasitəsiz və vasitəli nitqin işlənmə yolları

Authors

  • QASIMOVA AYTƏN FƏRMAN QIZI Baş müəllim, Azərbaycan Dövlət Pedaqoji Universiteti (Şəki filialı)

Keywords:

vasitəli nitq, vasitəsiz nitq, budaq cümlə, indiki zaman, ümumi sual cümləsi, xüsusi sual cümləsi

Abstract

Vasitəsiz nitq danışanın fikrinin olduğu kimi verilməsidir. Danışanın fikri dırnaq (" ") işarəsi arasında verilir.

Sabir dit: "Je viens de l'école". -Sabir deyir: "Mən məktəbdən gəlirəm."

Leyla demande: "Que fais-tu?"-Leyla soruşur: "Sən nə edirsən?"

Maman dit: "Va vite dans ta chambre!" - Ana deyir: "Tez otağına get!"

Vasitəli nitq danışanın fikrinin müəllif tərəfindən dəyişdirilməsidir. Vasitəli nitqdə başqasının sözləri olduğu kimi yox, yəni dəyişdirilmiş şəkildə verilir. Bu zaman müəllifin sözlərindən sonra  qoşa nöqtə və dırnaq işarəsi atılır, daha sonra isə müəllifin sözlərinin ardınca “que“ bağlayıcısı istifadə olunur.

Sabir dit qu'il vient de l'école.- Sabir deyir ki, o məktəbdən gəlir.

Leyla demande ce que je fais. - Leyla mənim nə etdiyimi soruşur.

Maman lui demande d'aller vite dans sa chambre. - Ana ona tez otağına getməyi əmr edir.

Vasitəsiz nitqi vasitəli nitqə çevirərkən aşağıdakıları bilmək lazımdır:

Vasitəsiz nitqin əvvəlində gələn cümlə baş cümlə adlanır, danışanın ifadəsi isə budaq cümləyə çevrilir. Vasitəsiz nitq vasitəli nitqa çevrilərkən budaq cümlədə işlənən əvəzliklər baş cümləyə uyğun olaraq dəyişir.

Published

2023-08-07

How to Cite

QASIMOVA AYTƏN FƏRMAN QIZI. (2023). Fransız dilində vasitəsiz və vasitəli nitqin işlənmə yolları. Research Reviews, (3). Retrieved from https://ojs.publisher.agency/index.php/RR/article/view/1956

Issue

Section

Philological Sciences