MATHEMATICAL PROBLEMS SOLVED BY THE METHOD OF VECTORS
Keywords:
a vector, coordinate, module, vector method, equation, inequality, system of equationAbstract
Bir çox mühüm riyazi məsələlərin tədqiqində, teoremlərin isbatında və eləcə də, cəbri məsələlərin həlli və araşdırılmasında səmərəli üsullar olaraq, həndəsi üsulların tətbiqi böyük əhəmiyyət kəsb edir. Bu üsullardan, məsələn, vektorların skalyar və vektorial hasillərinin tətbiqi ilə cəbri yolla həlli çətin olan məsələrin həlli asanlıqla gerçəkləşdirilir. Fizika, nəzəri mexanika, diferensial həndəsə, tenzor analizi və s. sahələrdə vektorun tətbiqi olduqca genişdir. Məhz ona görə də orta məktəb riyaziyyat kursunda vektorlar mövzusunun, vektorlar metodu ilə riyazi məsələlərin həllinin öyrədilməsi xüsusi əhəmiyyət kəsb edən mövzulardandır. Bunlar ali riyaziyyatda geniş tətbiq edildiyi kimi orta məktəb riyaziyyatının yuxarı siniflərində də müvəffəqiyyətlə tətbiq edilir. Belə ki, cəbri yolla həlli çətin olan rasional və irrasional tənliklər və tənliklər sistemi həll edilir, bərabərsizliklər isbat və ya həll edilir.
Published
How to Cite
Issue
Section
License

This work is licensed under a Creative Commons Attribution-ShareAlike 4.0 International License.