Struktural Dilçilik: Sinxron və Diaxron Yanaşmaların İnkişafı və Əhəmiyyəti

Authors

  • Həsənova Vüsalə Fərrux qızı Dissertant (ADU), Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialı, Orcid Id : 0000-0003-3529-032X

Keywords:

struktur dilçilik, diaxron, sinxron, fonem, fərqləndirici xüsusiyyətlər

Abstract

  Bu məqalədə struktural dilçiliyin meydana çıxması və onun həm sinxron, həm də diaxron dilçilikdəki əhəmiyyəti təhlil edilir. Ferdinand de Saussure-un dilin sistem kimi qəbul edilməsi konsepsiyası, fonemlərin struktur və funksional təbiətinin yenidən qiymətləndirilməsinə səbəb olmuş, bununla da fonetikadan fonologiyaya keçid baş vermişdir. Roman Jakobson, Nikolay Trubetzkoy və digər dilçilərin fonemlərin ayırdedici xüsusiyyətlər sisteminə əsaslanaraq tədqiqi, dil dəyişikliklərinin sistemli və qarşılıqlı əlaqəli proses kimi öyrənilməsinə yol açmışdır.

 

Published

2025-08-11

How to Cite

Həsənova Vüsalə Fərrux qızı. (2025). Struktural Dilçilik: Sinxron və Diaxron Yanaşmaların İnkişafı və Əhəmiyyəti. Research Reviews, (10). Retrieved from https://ojs.publisher.agency/index.php/RR/article/view/6658

Issue

Section

Philological Sciences