Böyük Qafqazın cənub-şərq yamacının arid landşaftlarının təbii komponentlərinin qarşılıqlı əlaqəsi

Authors

  • Aygün İsmayılova Coğrafiya üzrə fəlsəfə doktoru müəllim
  • Aytən Teymurova Bakı Dövlət Universiteti, Magistrant

Keywords:

Böyük Qafqaz, cənub-şərq yamacı, arid landşaft, təbii komponentlər, relyef, iqlim, torpaq, bitki örtüyü, su ehtiyatları, landşaftın qarşılıqlı əlaqəsi

Abstract

Böyük Qafqazın cənub-şərq yamacında formalaşan arid landşaftlar təbii komponentlərin qarşılıqlı təsiri nəticəsində yaranmış mürəkkəb təbii sistemlərdən biridir. Bu ərazilərdə  relyef, iqlim, səth və yeraltı sular, torpaq və bitki örtüyü bir-biri ilə sıx əlaqədə olmaqla landşaftların səciyyəvi xüsusiyyətlərinin formalaşmasına təsir göstərir. Məqalədə ərazinin arid landşaftlarında təbii komponentlərin qarşılıqlı əlaqəsi, onların məkan üzrə dəyişməsi və bir komponentdə baş verən dəyişikliklərin digər komponentlərə təsiri araşdırılır. Xüsusilə iqlimin quraqlaşması, yağıntıların qeyri-bərabər paylanması və relyef xüsusiyyətlərinin torpaq-bitki örtüyünün inkişafına təsiri nəzərdən keçirilir. Eyni zamanda, su ehtiyatlarının məhdudluğu və təbii rütubət şəraiti arid landşaftların formalaşmasında mühüm amillər kimi qiymətləndirilir. Aparılan təhlillər göstərir ki, Böyük Qafqazın cənub-şərq yamacında landşaftların davamlılığı ayrı-ayrı təbii komponentlərin vəziyyəti ilə yanaşı, onların qarşılıqlı əlaqəsindən də asılıdır. Buna görə də ərazinin təbii ehtiyatlarından istifadə zamanı landşaftın bütöv təbii sistem kimi qiymətləndirilməsi və onun mühafizəsinə kompleks yanaşılması mühüm əhəmiyyət daşıyır.

Published

2026-10-05

How to Cite

Aygün İsmayılova, & Aytən Teymurova. (2026). Böyük Qafqazın cənub-şərq yamacının arid landşaftlarının təbii komponentlərinin qarşılıqlı əlaqəsi. Research Reviews, (14). Retrieved from https://ojs.publisher.agency/index.php/RR/article/view/9354

Issue

Section

Geographic Sciences